Haqqımızda

Türkiyənin öz sahəsində qabaqcıl brendi Playsan, Şəhər təchizatları və Uşaq oyun parkları sektoruna yeni bir nəfəs qazandırmaq üçün təsis edilmiş, üstün keyfiyyətli oyun məhsulları və tətbiq xidmətləri reallaşdıran istehsalat firmasıdır.
Fəaliyyət göstərdiyimiz hər sahədə yenilikci, texnologiya təkmilləşmələrini davamlı təqib edən, keyfiyyətli məhsul və xidmət reallaşdıran firmamız, bütün bunlar üçün zəruri olan iş qüvvəsini öz tərkibində saxlamaqdadır. Öz sahəsində mütəxəssis və təcrübəli kadrıyla, dizayn və mühəndislik resurslarından istisfadə etməklə, missiyasından imtina etmədən, doğruluq və etimadlılıq əsaslarına əsaslanmaqla, hər layihənin xüsusi ehtiyaclarını açıq olaraq qarşılamaqdadır. Uyğun xərcli, keyfiyyətli, etimadlı və sürətli oyun həlləri təqdim etməkdədir.
Məqsədimiz, fərqli qabiliyyətlərə malik uşaqlar üçün təşviq edici, yaradıcı, özünəməxsus və çətin oyun sahələri meydana gətirməklə, uşaqların fiziki və ruhi inkişaflarının üstündə effektiv izlər qoyub, yaşayış sahəsini rəngləndirməkdir. Müştərilərimiz üçün dəyər medyana gətirmək, gözləntilərinə keyfiyyət və möhkəmliklə qarşılıq vermək əsas prinsiplərimizin arasında yer almaqdadır. Həmçinin, keyfiyyət, xidmət, tamamlayıcı resurslarımızla ictimaiyyətdə malik olduğumuz bu imici qorumaq əsl məqsədlərimizdəndir. Xidmətin davamlılığını təmin etmək məqsədiylə, zəruri investisiyaları həyata keçirə bilmək, işçilərimizin və ictimaiyyətin iqtisadi, ictimai inkişafına kömək etmək, fəaliyyətlərdən resurs meydana gətirməklə birgə bütün resurslardan ağla uyğun istifadə edilməsini təmin etmək əsas hədəflərimizdəndir.
Hədəflərimizin istiqamətində, beynəlxalq bazarda etibarlılığı olan keyfiyyət sənədlərinin (TÜV, İSO 9001, İSO 14001, TS EN 1176, OHSAS 18001) lazım gətirmiş olduğu standartların çərçivəsində istehsalat etməkdə və istehsalat mərhələsində, Avropa EN 1176 standartlarına uyğun materiallardan istifadə etməkdəyik. Xammal seçməkdən boya kimyəvilərinə qədər istifadə edilən bütün materialların insan sağlamlığına zərər verməyəcək növdən olmasına, təhlükəsizlik və sağlamlıq cəhətindən üstün bir keyfiyyətə malik olmasına diqqət yetirməkdəyik.
Ümumi dizaynlardan ən həyəcan verici mövzulu oyun sahələrinə qədər davam edən layihələrimizi, sektordakı təcrübə və məlumat biliyimizə əsaslanaraq Playsan brendiylə təqdim etməkdən şox şad olarıq.

Playsan® İnstitusional, Haqqımızda

Haqqımızda

Bu sayt kukilərdən istifadə edir. Saytda gəzişməyə davam edərək kukilərimizin istifadəsini qəbul etmiş olarsınız.
Daha çox məlumat

close