PT-50

Şəkillər
3D turu
Endirmələr
Videolar

Oyun Aksesuarları PT-50

Oyun Aksesuarları PT-50 Playsan ltd.co. Playsan®, üstün məhsul keyfiyyəti və xidməti ilə rəqabətçi qiymətlərə malik, bütün dünyada qabaqcıl şirkətdir.
Oyun Aksesuarları
Uşaqlar inkişaf etdikcə ətrafdakı hadisələri başa düşmək və həyati bacarıqlara yiyələnmək üçün müxtəlif növ oyunlardan istifadə edirlər. Onların sosiallaşmaları və sərbəst hərəkət etmələri üçün xüsusi olaraq yaradılmış qapalı və açıq uşaq meydançaları vardır. Bu meydançalardakı oyun aksesuarları  uşaqların inkişafına öz töhfəsini verir. Hətta, təkcə onların inkişafında deyil, həm də bir çox cəhətdən üstünlüklər verir. Oyun aksesuarları  uşaqlara fərqli düşünməyə və müxtəlif variantlarla öyrənməyə imkan verir. Həmçinin oyun aksesuarlarından faydalanan digər uşaqlarla da söhbət etmə fürsəti yaradır. Beləcə uşaqlar utancaq cəhətlərini aşaraq  daha çox sosiallaşırlar. Özünə inamı artıran oyun aksesuarları  yelləncək, jumper, kaçalka, sürüşkən, taxta qandol və dırmaşma çərçivəsidir.

Bu aksesuarlar açıq və ya qapalı məkanlarda, açıq idman parkları və uşaqlar üçün oyun meydançalarında mövcuddur. Bütün fəsillərdə istifadə oluna bilən bu oyun aksesuarları  uşaqlara çox şey qazandırır. Uşaqlar oyun aksesuarları  sayəsində aşağıdakı üstünlüklərdən faydalanırlar;

• Fərqli baxış açısı; oyun meydançasındakı aksesuarlar uşaqlara fərqli hisslər qazandırmaqdadır. Bu hisslər sayəsində uşaqlar fərqli dünyagörüşü qazanaraq yaradıcı şəxsiyyətə çevrilirlər. Xüsusilə oyun meydançasındakı aksesuarlardan faydalanan uşaqlarda rəng, səs, tekstura kimi hisslər çox aktiv olmaqdadır.

• Fiziki fəaliyyət; Oyun aksesuarları  ümumiyyələ yellənməli, tullanmalı və ya sürüşməli olur. Bu fiziki fəaliyyətləri yerinə yetirən uşaqlar daha sağlam olurlar. Xüsusilə uşaqlarda piylənməyə qarşı mübarizə inkişaf etdirir.

• Duygusal Təcrübələr; Müxtəlif oyun meydançalarında yərləşən yer pazlları və kimi oyunlar uşaqların beyninin daha sürətli inkişaf etməsinə şərait yaradır. Yaddaşı gücləndirən bu oyun meydançası aksesuarları sayəsində uşaqlar daha ağıllı olurlar.

• Sosiallaşmaq; Oyun aksesuarlarından  faydalanan yüzlərlə uşaq vardır. Uşaqların bir araya gələrək oyun oynaması onları əlaqə və ünsiyyət qurmağa sövq edir. Beləliklə, uşaqlar sosiallaşaraq özlərinə inamlı olurlar.

• Tarazlığı təmin edir; Aksessuarların arasında olan tarazlıq lövhəsi və dırmanma çərçivəsi uşaqlarda yarana biləcək tarazlıq problemlərinin qarşısını alır. Çünki, tarazlıq uşaqların inkişafı üçün ən vacib bacarıqlardan biridir. Bu tarazlıq oyunlarından istifadə edən uşaqlar daha yaxşı yeriyə bilir, çeviklik qazanır və koordinasiya qura bilir.
usaq parkı

Bu sayt kukilərdən istifadə edir. Saytda gəzişməyə davam edərək kukilərimizin istifadəsini qəbul etmiş olarsınız.
Daha çox məlumat

close