PT-67

Şəkillər
3D turu
Endirmələr
Videolar

Uşaq oyun meydançası PT-67

Uşaq oyun meydançası PT-67 Playsan ltd.co. Playsan®, üstün məhsul keyfiyyəti və xidməti ilə rəqabətçi qiymətlərə malik, bütün dünyada qabaqcıl şirkətdir.
Uşaq Oyun Meydançası
Yaşadığımız dövr elm və texnologiya əsri kimi təsvir edilir. Bu dövrün saya bilməyəcəyimiz qədər müsbət cəhətlərinin olduğu hamımıza aydındır. Ancaq unutmaq olmaz ki, çatışmazlıqları da çoxdur. Misal üçün; uşaqlarımızın bilişsel inkişafı və ya ev tapşırığı üçün kompüter, telefon və ya planşet... və s. kimi texnoloji cihazlardan istifadə etmələrinə icazə veririk. Lakin onların bu cihazların qarşısında saatlarla qalmasının zərərli olduğunu bilməliyik və buna imkan verməməliyik. Uşaqlarımız bizim ən qiymətli sərvətimiz və gələcəyin əsas memarlarıdır. Onların inkişafı, sağlam böyüməsi həm bizim, həm də gələcək nəsillər üçün çox vacibdir.
Bu məsələnin fərqində olan şirkətimiz uşaqların xoşbəxtliyi, sülh və əmin-amanlıq içində böyüməsi üçün apardığı tədqiqatlarını günü-gündən genişləndirir. Mövcud bilik və bacarıqlarını uzun illərin təcrübəsi sayəsində qazanan şirkətimiz bu istiqamətdə uşaqlarımız üçün xüsusi olaraq Uşaq Oyun Meydançalarını hazırlamışdır. Bu oyun meydançaları yalnız uşaqların təxəyyülləri üzərində cəmlənərək hazırlanmış rəngli orijinal dizaynlardır. Keyfiyyətli materiallardan istifadə etməklə hazırlanmış Uşaq Oyun Meydançalarımız bütün yaş qruplarından olan uşaqları əhatə edir.  Bu Uşaq Oyun Meydançaları uşaqların oyun ehtiyacını qarşılamaqla yanaşı, onların motor bacarıqlarına, fiziki və idraki inkişafına böyük töhfə verir. Bundan əlavə, Uşaq Oyun Meydançaları uşaqların psixoloji istirahət, sosiallaşma, xarici dünya ilə tanışlıq, yeni dostlar qazanma kimi bacarıqlarını inkişaf etdirir.
Oyun oynamaq uşaqların ən vacib ehtiyaclarından biridir. Oyun oynayaraq keyfiyyətli vaxt keçirən uşaqlar valideynləri ilə həmişə daha xoşbəxt və fiziki cəhətdən daha sağlam olurlar. Biz də, şirkət olaraq onların bu ehtiyaclarını yaratdığımız Uşaq Oyun Meydançaları sayəsində qarşılayırıq. Evdə, ofisdə, bağçada, ticarət mərkəzində, uşaq baxçasında və s. hər yerdə ola bilən bu Uşaq Oyun Meydançaları quraşdırması asan, ətraf mühitə və uşaqlara zərər verməyən materiallardan hazırlanıb. Dayanıqlı və yüksək keyfiyyətli materiallardan istəhsal edilən Uşaq Oyun Meydançalarında   oynayan uşaqlarımız öz daxili aləmlərini kəşf edə, öz bilik və bacarıqlarını reallaşdırmaları təmin edilir. Onlar vaxtın necə keçdiyini fərq etmədən Uşaq Oyun Meydançasında keyfiyyətli vaxt keçirirkən, biz onların sağlamlığına və inkişafına nəzarət edirik.
 

Bu sayt kukilərdən istifadə edir. Saytda gəzişməyə davam edərək kukilərimizin istifadəsini qəbul etmiş olarsınız.
Daha çox məlumat

close